Azərbaycanın U-19 yığması Avropa çempionatının seçmə mərhələsinin IV qrupunda ikinci oyununu keçirib. Lent.az-ın məlumatına görə, ilk matçda Macarıstanla 1:1 hesablı heç-heçə edən millimiz bu dəfə Slovakiya ilə qarşılaşıb. Görüş slovakiyalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu Budaq Nəsirov vurub. Bu qələbədən sonra Slovakiya qrup birinciliyini təmin edib. Millimiz isə 1 xalla sonuncu pillədə qərarlaşıb.