Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti sınaq matçını keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız ikinci dəfə Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş bu dəfə də komandamızın 0:1 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, millimiz eyni rəqiblə yanvarın 24-də qarşılaşmış və eynihesabla uduzmuşdu.