“Arsenal”ın və Almaniya yığmasının futbolçusu Lukas Podolski filmə çəkilib. Lent.az-ın məlumatına görə, Polşa əsilli hücumçu alman komediya filmində ikinci dərəcəli rolu canlandırıb. Bununla bağlı açıqlama verən Podolski filmin təqdimatını səbirsizliklə gözlədiyini bildirib: “Film mənə doğma olan Köln şəhərində çəkildi. Futbolçu karyerama məhz burada başlamışam. Fikrimcə, çəkildiyim epizodlar gülməli alınıb. Özüm də əziyyətimin nəticəsini görmək istəyirəm”.