Məmmədyarov Rəcəbov və Aronyandan üstün oldu - <span style="color:red;">YEKUN
31 mart 2014 10:21 (UTC +04:00)

Məmmədyarov Rəcəbov və Aronyandan üstün oldu - YEKUN

Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə İddiaçılar Turniri başa çatıb. Lent.az-ın məlumatına görə, turnirin qalibi hindistanlı Vişvanatan Anand olub.

 

Bununla da Anand şahmat tacını norveçli Maqnus Karlsendən geri almaq imkanı əldə edib. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov isə 7 xal yığaraq, rusiyalı Vladimir Kramnik və Dmitri Andreykinlə birgə 3 - 5-ci yerləri bölüşdürüb. O, həmçinin daha bir rusiyalı Peter Svidlerlə birgə 6-7-ci yerləri bölüşən Ermənistan təmsilçisi Levon Aronyanı 0,5 xal geridə qoymağı bacarıb. Məmmədyarov 14 görüşdən 3 qələbə, 8 heç-heçə və 3 məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, ötən il İngiltərənin paytaxtı Londonda keçirilmiş İddiaçılar Turnirində Azərbaycanı Teymur Rəcəbov təmsil edib. O, 14 matçından yarısını məğlubiyyətlə başa vuraraq, cəmi 1 qələbə, 6 heç-heçə əldə edib və 4 xalla sonuncu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1154
avatar

Oxşar yazılar