“İlk hissədə oyunumuzdan razı qalmadım. Çünki topu tez-tez itirirdik”. Apasport.az saytının xəbərinə görə, bunu millimizin baş məşqçisi Berti Foqts deyib.
Yığmamız Malta ilə bu gün keçirdiyi yoldaşlıq görüşünü böyük hesablı qələbə ilə tərk etdi - 3:0. Oyundan sonra təşkil olunan mətbuat konfransında almaniyalı mütəxəssis bildirib ki, hesabın daha böyük olmasını istəyirmiş: “Fasilədə futbolçulara dedim ki, həyəcanlı yox, soyuqqanlı olmaq lazımdır. Onlara topu özlərində daha çox saxlamağı tapşırdım. İkinci hissədə komandanın çıxışdan razı qaldım. Ümumilikdə, komanda şəklində pis təsir bağışlamadıq. Qarşıdakı görüşlərdə nəticə qazanmaq istəyiriksə, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. 3:0 yaxşı hesabdı, amma 4:0 daha yaxşı olardı”.

Berti Foqts: "3:0 yaxşı hesabdı, amma 4:0 əla olardı"
Oxşar yazılar

Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56