Madrid “Real”ının futbolçusu Kərim Benzema ispan mətbuatına maraqlı açıqlama verib. Lent.az-ın məlumatına görə, o, əzəli rəqibləri “Barselona”nın La Liqada qalmasını istədiyini bildirib. Qeyd edək ki, gələn ay keçiriləcək referendumda Kataloniya müstəqilliyini elan edəcəyi təqdirdə, "Barselona" və "Espanyol" klubları İspaniya La Liqasında mübarizə aparmayacaqlar. Bu haqda bir neçə gün bundan əvvəl ölkə futbol liqasının prezidenti Havyer Tebas bildirib. Benzema “Barselona”nın Primeroda qalmasının tərəfdarıdır: “Ümid edirəm ki, “Barselona” La Liqada qalacaq. “Real” və “Barselona” qədim tarixi olan, böyük komandalardır. “Barselona” La Liqanı tərk etsə, bu, yaxşı hal olmayacaq. Mən istərdim ki, “Barsa” La Liqadakı çıxışını davam etdirsin”.

Oxşar yazılar

"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25