Bakı - 2015 Avropa Oyunlarının təqdimatı keçirilib.
Lent.az-ın məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin Baş Asambleyasında baş tutan təqdimatda Gənclər və idman naziri Azad Rəhimov “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib.
Nazir həmçinin qonaqlarla birlikdə nahar edib, Avropa Oyunları haqqında əsas faktlardan danışıb: “Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanmışdır”.
O bildirib ki, 17 gün ərzində davam edəcək Avropa Oyunlarında Avropadan 6000-dən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaqlar.