
Axundov Maksimova da dözmədi - QALMAQALLI İSTEFA
Bu qış “Keşlə”nin baş məşqçi postuna gətirilən Yuri Maksimovun paytaxt klubundakı fəaliyyəti uzun sürməyib. Apasport.az “futbolinfo”ya istinadən xəbər verir ki, bu gün ukraynalı mütəxəssis futbolçularla toplantı keçirib və onlarla vidalaşıb.
Belə ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundov ona işləməyə imkan vermir, müdaxilələr edir. Bu üzdən də Maksimov istefa vermək məcburiyyətində qalıb.
Maksimovun səbr kasasını daşıran isə Axundovun Premyer Liqanın XVII turunda keçirilmiş “Sumqayıt”la ev oyunundan sonra baş məşqçinin fikrini soruşmadan, maraqlanmadan iki gənc futbolçunu – Rafael Məhərrəmli və Əlibəy Məmmədlini əvəzedici komandaya göndərməsi olub.
Bütün bunlara görə bu gün komanda üzvləri ilə görüşən Maksimov onlarla vidalaşdıqdan sonra Ukraynaya qayıdacağını açıqlayıb.
Klub prezidenti Zaur Axundov apasport.az saytına açıqlamasında məlumatı təkzib edib. O, ukraynalı mütəxəssisin hazırda komandaya məşq keçdiyini söyləyib: “Bunlar boş söhbətlərdi. Niyə yazıldığını da bilmirəm. Yuri Maksimov öz işindədi, hazırda da məşqdədi. Bizdə baş məşqçinin işinə heç kim qarışmır”.
Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23