Məlum olduğu kimi, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mahmud Qurbanova həvalə olunub və Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Norveç oyununa millimiz M.Qurbanovun rəhbərliyi altında çıxacaq. AFFA Azərbaybaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərlə danışıqlar aparması ilə bağlı açıqlama yayıb. Lent.az-ın federasiyanın saytına istinadən verdiyi məlumatda bildirilir ki, bəzi KİV-lərdə AFFA-nın Azərbaycan – Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir. AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır".

Oxşar yazılar

Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39
24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51
Lamin Yamal sevimli oyunçusunun adını çəkdi - bu, Neymar və Messi deyil
29 iyun 2025 , 14:02
"Çelsi" dünya çempionatının 1/4 finalına yüksəldi
29 iyun 2025 , 04:19
"Palmeyras" dünya çempionatının 1/4 finalında
29 iyun 2025 , 01:32
Poqba "Monako" ilə müqavilə imzaladı
28 iyun 2025 , 21:52