AFFA İcraiyyə Komitəsinin qərarları - <span style="color:red;">RƏSMİ
07 mart 2014 17:56 (UTC +04:00)

AFFA İcraiyyə Komitəsinin qərarları - RƏSMİ

 

AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunmuş qərarlar rəsmən açıqlanıb. Lent.az-ın məlumatına görə, “Hilton” otelində baş tutmuş toplantıda müzakirələrdən sonra 7 qərar çıxarılıb:

 

1. Topaz Premyer Liqasının 2014-15-ci il mövsümündən limit 6+4+1 (6 əcnəbi, 4 yerli və 23 yaşadək 1 yerli - 1992-ci il təvəllüdlü) formatında tətbiq olunsun. Lakin oyunun protokoluna daxil edilən 18 futbolçudan biri mütləq 21 yaşadək (1994-cü il təvəllüdlü) olmalıdır.

 

2. 2014-2015-ci il mövsümündən etibarən I divizionda oynayan klubların heyətində yaşı 23-dək (1992-ci il təvəllüdlü) 8 yerli futbolçu olmalıdır.

 

3. Lisenziya tələblərinə uyğun olacağı təqdirdə, 2014-2015-ci il mövsümündən Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsi müzakirə olunsun.

 

4. Respublika ərazisində təşkil olunan bütün futbol oyunları AFFA tərəfindən təsdiq olunduqdan sonra keçirilməlidir.

 

5. “Auto Azerbaijan” şirkətinin maliyyə direktoru Ziya Babayev Apellyasiya və Ekspert Komissiyasının üzvü seçilsin.

 

6. Klublarda oynayan 23 yaşadək (1992-ci il təvəllüdlü) yerli futbolçuların əmək haqları ilə bağlı monitorinq aparılsın və onlar üçün müvafiq əmək haqqı müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunsun.

 

7. AFFA-nın 2008-ci ildən balansında olan Göyçay şəhər stadionu rayon icra hakimiyyətinin müraciətinə əsasən Göyçay rayon Gənclər və İdman idarəsinin balansına verilsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar