“Fənərbağça”nın prezidenti Əziz Yıldırım cəzalandırılıb. Lent.az-ın məlumatına görə, hakimə qarşı etdiyi qeyri-etik hərəkət və hədələmə Yıldırıma ağır başa gəlib. Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi onu futboldan 60 günlük, yəni 2 aylıq uzaqlaşdırıb. Bundan əlavə, Yıldırıma 26 min türk lirəsi məbləğində cərimə kəsilib.