"Qarabağ"da daha bir itki
22 oktyabr 2014 13:16 (UTC +04:00)

"Qarabağ"da daha bir itki

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah səfərdə “Dnepr”lə qarşılaşacaq “Qarabağ” oyuna itki ilə çıxa bilər. Lent.az-ın məlumatına görə, Ağdam klubunun aparıcı oyunçularından olan Leroy Corc Bakıdakı son məşq zamanı zədələnib. Komanda yoldaşı İbrahim Şehiçlə toqquşan hollandiyalı başından ciddi zədə alıb.

 

Corcun Ukraynada “Dnepr”lə keçiriləcək oyunu buraxmaq ehtimalı az deyil. Matçın start fitinə kimi təcrübəli futbolçunun vəziyyətinə aydınlıq gələcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876

Oxşar yazılar