Bu gün Topaz Premyer Liqasında XIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun oyunları 3 gün ərzində keçiriləcək.
İlk oyun günündə Avroliqada çıxış edən klublarımız meydana çıxıb. İlk olaraq Sumqayıtda yerli komanda “Qəbələ” ilə qarşılaşıb. Ardıcıl 4 oyundu ki, qələbə qazana bilməyən və liderdən aralı düşən Roman Qriqorçukun yetirmələri bu dəfə də 3 xala həsrət qalıb. "Qırmızı-qaralar" bir xalla kifayətləniblər.
Günün digər matçında isə çempion “Qarabağ” öz meydanında “Kəpəz”i sınağa çəkib. Hərəyə 3 dəfə çempionluq sevinci yaşamış komandaların dueli olduqca maraqlı alınıb. Bir tərəfdə son 3 oyundu xal itirməyən “Qarabağ”, digər tərəfdə isə son 6 oyundu məğlub olmayan “Kəpəz”in qarşılaşmasında ikincilərin seriyası qırılıb. "Qarabağ" son dəqiqələrdə vurduğu qollarla 3:0 hesablı qələbə qazanıb.
Topaz Premyer Liqası
XIII tur
21 noyabr
“Qarabağ” – “Kəpəz” - 3:0
Qollar: Marinaldo Çiçero, 36, Dani, 84, Almeyda, 87
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
I dövrədəki oyun: 3:2
“Sumqayıt” – “Qəbələ” - 2:2
Qollar: Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 - Cəmil Hacıyev, 39-öz qapısına, Samir Zərgərov, 71
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
I dövrədəki oyun: 0:1
Turnir cədvəli
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
13 |
10 |
2 |
1 |
24-8 |
32 |
2 |
Qəbələ |
13 |
6 |
5 |
2 |
21-9 |
23 |
3 |
Zirə |
12 |
5 |
6 |
1 |
13-10 |
21 |
4 |
İnter |
12 |
5 |
5 |
2 |
10-8 |
20 |
5 |
Kəpəz |
13 |
5 |
4 |
4 |
15-14 |
19 |
6 |
Neftçi |
12 |
3 |
4 |
5 |
13-15 |
13 |
7 |
Sumqayıt |
13 |
2 |
6 |
5 |
13-17 |
12 |
8 |
Xəzər L |
12 |
3 |
3 |
6 |
10-16 |
12 |
9 |
AZAL |
12 |
2 |
3 |
7 |
6-15 |
9 |
10 |
Rəvan |
12 |
1 |
2 |
9 |
7-20 |
5 |
Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 6.