
Minsk-2019: Azərbaycan boksçusu 1/4 finala yüksəlib
Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının boks yarışlarında növbəti döyüşlər keçirilir.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 69 kq çəki dərəcəsində 1/8 final döyüşləri davam edir.
Azərbaycan boksçusu Lorenso Sotomayor da Oyunlarda növbəti döyüşünü keçirib. O, Bosniya və Herseqovina təmsilçisi Adem Ferhadoviçlə üz-üzə gəlib. 4:1 hesabı ilə qələbə qazanan boksçumuz 1/4 finala yüksəlib.
L.Sotomayor 1/4 finalda Patriot Behrami (Kosovo) – Vinçentso Manqiaçapre (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu döyüş iyunun 26-da baş tutacaq.
Qeyd edək ki, L.Sotomayor Avropa Oyunlarında 1/4 finala yüksələn ikinci boksçumuzdur. Ona qədər Rüfət Hüseynov (49 kq) bunu bacarıb. Daha iki boksçumuz Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) 1/8 final döyüşünə çıxacaq.
Oxşar yazılar

Mayk Tayson tarixin ən yaxşı idmançılarının adlarını AÇIQLADI
20 iyul 2025 , 13:12
Bu futbol klubu formasında reklamların sayına görə rekord vurdu
20 iyul 2025 , 11:01
3 ingilis klubu onu almaq üçün yarışır
19 iyul 2025 , 18:54
"Real" onun müqaviləsini uzatdı
19 iyul 2025 , 15:00
Dünyanın ən böyük futbol stadionu 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etməyə bilər
19 iyul 2025 , 09:42
Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real"ın 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44