<span style="color:red;"> <b>UEFA-nın I vitse-prezidenti Bakı Olimpiya stadionunu təriflədi</b> -<span style="color:red;"> MÜSAHİBƏ
07 mart 2014 18:43 (UTC +04:00)

UEFA-nın I vitse-prezidenti Bakı Olimpiya stadionunu təriflədi - MÜSAHİBƏ

Bakıda səfərdə olan UEFA-nın I vitse-prezidenti Şenes Erzik jurnalistlər üçün brifinq keçirib. Lent.az-ın məlumatına görə, türkiyəli futbol xadimi Lent.az-ın da suallarını cavablandırıb...

 

- Azərbaycanda 2 türkiyəli baş məşqçi çalışır: Mustafa Dənizli və Güvenç Kurtar. Onların işi barədə nə deyə bilərsiniz?

- Hər iki mütəxəssisin Azərbaycanda olmaları gözəl işdir. Onlar həm futbolçu, həm də baş məşqçi kimi futbolunuza çox qatqıları var. 20 il öncə birgə yola çıxmışdıq. Bu qədər müddətdən sonra 2 dəyərli baş məşqçinin burada olması, inanıram ki, çempionata rəng qatacaq. Bacarıqlı mütəxəssislərdirlər, inşallah, uzun müddət qalarlar.

- UEFA-nın “Fənərbağça”ya cəzasını necə qarşıladınız?

- Mən o cəza mövzusunda danışmayacağam və səlahiyyətim baxımından da bu, mümkün deyil. Qərarı UEFA-nın Nizam-İntizam Komitəsi verib. Bu məsələ ilə müvafiq qurumlar məşğuldur.

- “Qalatasaray” Çempionlar Liqasının ilk 1/8 final matçında İngiltərənin “Çelsi” klubu ilə evdə heç-heçə etdi. Martın 18-də keçiriləcək cavab görüşündən nə gözləyirsiniz?

- Azarkeş amili baxımından, üstünlük “Çelsi”nin tərəfindədir. Amma bu komandanın bütün ev oyunlarında qələbə qazanmasına dair öhdəliyi yoxdur. İstanbuldakı matçı televiziya vasitəsilə izləyə bildim. Cavab görüşünün gedişi komandaların heyətləri, zədəli və cəzalı futbolçularla bağlıdır. Futbolda oynanmamış matçın hesabı öncədən deyilməz.

 

- Bakıya yalnız AFFA-nın konfransında iştirak üçün gəlmisiniz, yoxsa əlavə görüşləriniz də olacaq?

 

- Xeyr, olmayacaq. UEFA İcraiyyə Komitəsi üzvləri bəzi ölkələrə gedir, İcraiyyə Komitəsinin iclaslarına qatılırlar. Bura gəlməli olan əməkdaşımız gələ bilmədi. Əvəzində səlahiyyətli şəxs kimi mənə tapşırıq verildi.

 

- Uzun müddətdir UEFA-nın Hakimlər Komitəsində çalışırsınız. Azərbaycan hakimlərinin beynəlxalq miqyasda daha səviyyəli oyunlar idarə etmə şansları nə qədərdir?

- Bunun üçün təcrübə lazımdır. Türkiyədə də yox idi, artıq 40 ildən sonra dünya çempionatına baş hakim göndərirlər. Cüneyt Çakır 2012-ci il Avropa çempionatında da ilk dəfə köməkçiləri ilə birgə yer aldı. Önəmli məsələ UEFA-nın hakimlər üçün konfransı, təlimləridir. Hakimlik həmin konfranslara uyğun olmalı, təhsil prosesini tamamlamalı, Avropa kuboklarında təcrübə qazanmaqdır. Bu, uzun bir yoldur. Hakimlik və məşəqqətli və çətin peşədir. Bu gün futbolunuzda gördüklərim 20 il əvvəl olmayanlardır. Daha öncə AFFA-nın Futbol Akademiyasının açılışına gəlmişdim. Çox iş görülüb. Hazırda Bakıda yeni stadion tikilir. Hakimlik də futbolun bir parçasıdır. Ümidvaram ki, müəyyən müddətdən sonra bu sahədə də irəliləyişlər olacaq.   

- İstanbulun 2020-ci il Avropa çempionatının yarımfinal və final matçlarına ev sahibliyi etmə şansları yüksək qiymətləndirilir. Bəs Bakının ən azı qrup mərhələsinin oyunlarını qəbul etmə imkanlarını necə dəyərləndirirsiniz?

 

- 60-cı ildönümü münasibətilə ilk dəfə Avropa çempionatının 2020-ci ildə 13 şəhərdə keçirilməsi qərara alındı. Bakının da hər kəs qədər şansı var. Niyə olmasın? Hazırda inşası davam edən Bakı Olimpiya stadionu da istifadəyə verilmək üzrədir. İşlər çox gözəl gedir, özüm də gördüm. Həqiqətən də xoşuma gəldi. Vaxtım olsa, gedib içərisində bir qədər gəzəcəyəm. İndiyədək Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı keçirilib, 2016-cı ildə gənclər arasında Avropa çempionatı da burada olacaq. Yavaş-yavaş hədəfə doğru irəliləyirsiniz.

- Qalib şəhər seçimində sizin mövqeyiniz hər hansı rol oynaya bilər?

Xeyr, bu, mənim işim deyil. UEFA-da hər kəsin bir vəzifəsi var. İcraiyyə Komitəsinin üzvləri ya “hə”, ya da “yox” deyirlər. Onlar verilən bilgilər çərçivəsində mövqelərini açıqlayırlar. Heç kimin başqasından üstünlüyü yoxdur. Əsas üstünlük namizədlərin imkanlarıdır.

 

# 1024
avatar

Oxşar yazılar