İspaniya çempionatının son turunda “Selta”ya uduzan "Barselona" ciddi itki ilə üzləşib. Lent.az-ın məlumatına görə, komandanın əsas heyət üzvlərindən olan Jeremi Matyu sıradan çıxıb. Ayağından ciddi zədə alan futbolçu bu gün tibbi müayinədən keçməlidir. İstənilən halda, 20 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir.