<b>Rusiya dünya çempionatında sərxoş olanları soyunduracaq</b>
25 oktyabr 2016 16:39 (UTC +04:00)

Rusiya dünya çempionatında sərxoş olanları soyunduracaq

 

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında sərxoş olan azarkeşlərlə bağlı ciddi ölçü götürüləcək.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Sovet dönəmində olan “ayıltma evləri” bərpa olunacaq.  11 şəhərdə keçiriləcək futbol qarşılaşmalarında sərxoş azarkeşlər “ayıltma evləri”nə aparılacaq.

 

“Ayıltma evləri”ndə sərxoş azarkeşlər soyundurulacaq və yatağa bağlanacaq. Ayılandan sonra onlar  sərbəst buraxılacaq.  Bu səbəb azarkeşlərin təhlükəsizliyi daha ciddi təmin etməkdir.

 

Qeyd edək ki, bu il Fransada keçirilən Avropa çempionatında rus və ingilis azarkeşlər arasında ciddi münaqişə yaranmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar