![[b]27 dəqiqəyə 4 qol buraxdı - yarımfinala yüksəldi[/b]](https://lent.az/storage/news/2019/february/27/big/a81764b1338da50abc0a1b74d318265b.jpg)
[b]27 dəqiqəyə 4 qol buraxdı - yarımfinala yüksəldi[/b]
Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha bir matç keçirilib.
ONA-nın məlumatına görə, “Qalatasaray” səfərdə I liqa klubu “Hatayspor”la qarşılaşıb. Evdəki ilk matçda qalib gələn Fatih Terimin yetirmələri rəqib meydanında məğlubiyyətlə üzləşib. “Sarı-qırmızılar” iki top fərqi ilə önə keçdikdən sonra 27 dəqiqəyə qapısında 4 qol görüb – 2:4.
Lakin bu məğlubiyyət “Qalatasaray”ın yarımfinala yüksəlməsinə mane olmayıb. İlk görüşdə 2:0 hesabı ilə qalib gələn Super Liqa təmsilçisi səfər qolları sayəsində mərhələ adlayıb. İstanbulluların rəqibi “Göztəpə” – “Yeni Malatyaspor” matçında müəyyənləşəcək.
Qeyd edək ki, ilk yarımfinalçı “Trabzonspor”u mübarizədən kənarlaşdıran “Umraniyəspor” olub.
Türkiyə kuboku
1/4 final
Cavab oyunu
27 fevral
“Hatayspor” - “Qalatasaray” – 4:2
Karadeniz, 59 (pen.), 71 (pen.), Aydın, 79, Çipe, 86 (avtoqol) – Çelik, 21, Akbaba, 53
İlk oyun – 0:2
Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23