Madrid “Real”ının futbolçusu İsko karyerasını İngiltərədə davam etdirə bilər. Lent.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə “Arsenal” yaxından maraqlanır. “Topçular” bu transferə görə 36,6 milyon funt-sterlinq xərclməyə hazırdırlar. Hələ ki, ispanlar bu təklifə cavab verməyiblər.
Qeyd edək ki, İsko cari mövsümdə La Liqada 12 oyunda iştirak edib və 1 qol vurub.