“Rabitə” Fransada “Beziers”i məğlub etdi
04 mart 2015 03:55 (UTC +04:00)

“Rabitə” Fransada “Beziers”i məğlub etdi

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”u start götürüb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıraraq, ikinci dərəcəli qitə kubokuna yollanan “Rabitə” də ilk matçını keçirib.

 

Avrokubokda yeganə təmsilçimiz paytaxt klubu ilk görüşünə səfərdə çıxıb. Zoran Qayiçin yetirmələri Fransa “Beziers”i ilə qarşılaşıb. “Rabitə” yarımfinal yolundakı rəqibi ilə cütün taleyini Aqdedə həll etmək niyyətində idi.

 

Oyuna yaxşı başlayan təmsilçimiz ilk setdə qalib gəməyi bacarıb – 22:25. Lakin meydan sahibləri 2-ci hissədə müqavimət göstərərək, hesabı bərabərləşdirib. Buna baxmayaraq, “Rabitə” digər 2 hissəni də xeyrinə tamalayaraq, Fransada inamlı qələbə qazanıb.

 

Qeyd edək ki, Bakıdakı cavab qarşılaşması 8 gün sonra baş tutacaq.

 

 

CEV kuboku

Çelenc raund, ilk oyun

3 mart

 

“Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan) - 1:3 (22:25; 28:26; 14:25; 21:25)

 

Hakimlər: Omero Satanassi (İtaliya), Xuan Alvares (İspaniya)

Aqde, İdman Sarayı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 109
avatar

Oxşar yazılar