Türkiyə çempionatında “Karabükspor” üzərindəki qələbədən sonra “Qalatasaray”da ab-hava qismən dəyişib. Lent.az-ın məlumatına görə, bu oyundan sonra İstanbul klubunun rəsmilərindən olan Abdurrahim Albayrak açıqlama verib. O, Çezare Prandelli ilə yola davam edəcəklərini və heyəti bir qədər də gücləndirmək istədiklərini deyib: “Pis günlər geridə qalacaq. Prandelli ilə uğurlar əldə edəcəyik. Heyətimiz çox güclüdür. Buna baxmayaraq, icarəyə verdiyimiz futbolçuları da diqqətdə saxlayırıq və onları geri qaytara bilərik. Amrabatın çıxışını diqqətlə izləyirik. İlk transfer etdiyimizdə ona 53 nömrəli formanı mən vermişdim. Dönəcək və həmin formanı yenə ona verəcəm. Amrabat bizə lazımlı oyunçudur”.
Qeyd edək ki, 2012-ci ildə “Qalatasaray”a transfer edilən Amrabat bu ilin əvvəlindən icarə əsasında “Malaqa”da çıxış edir.