
“Avropa Oyunları davam edir və bundan sonra da davam edəcək”: Çingiz Hüseynzadə
“Minsk şəhərində keçirilən II Avropa Oyunlarının təşkilati məsələləri normaldır. Açılış mərasimi normal şəkildə oldu”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Qurum rəsmisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları barədə fikirlərini açıqlayıb: “İdmançılar üçün hər cür şərait var. İdman qurğuları çox yüksək səviyyədədir. Hesab edirəm ki, uğurlu Oyunlar olacaq”.
Ç.Hüseynzadə 2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının ev sahibinin seçilməsinə də münasibət bildirib: “III Avropa Oyunlarına gəlincə, Avropa Olimpiya Komitəsinin növbədənkənar Baş Assambleyası keçirildi. Yarışın Polşanın Krakov şəhərində keçirilməsi orda təsdiqləndi. Bu şəhərin meri də, Polşanın Milli Olimpiya Komitəsinin prezidenti də tədbirə qatılmışdı. O, ev sahibliyi ilə bağlı təqdimat etdi. Krakov yekdilliklə ev sahibi seçildi. Hesab edirəm ki, bu, çox yaxşı bir işdir. Avropa Oyunları davam edir və bundan sonra davam edəcək”.
Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23