Vinisius - Çempionlar Liqası tarixinə düşən  braziliyalı
19 fevral 2026 19:46 (UTC +04:00)

Vinisius - Çempionlar Liqası tarixinə düşən braziliyalı

0

İspaniya vitse-çempionu "Real"ın braziliyalı hücumçusu Vinisius Junior Çempionlar Liqası pley-offunun ilk oyununda Portuqaliya "Benfika"sına qarşı qol vurub.

Lent.a-zın xarici mediaya istinadən verdiyi xəbərə görə, Vinisius Çempionlar Liqasında 31-ci qolunu vuraraq, bütün zamanların braziliyalılar arasında  Çempionlar Liqasındakı qollar siyahısında ikinci yerə yüksəlib. 

O, "Milan" və "Real"ın keçmiş yarımmüdafiəçisi Kakanı (30 qol) geridə qoyub. 

"Barselona" və PSJ-nin keçmiş hücumçusu Neymar birinci yerdədir (43 qol).
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar