Ronaldo Səudiyyə Ərəbistanından  getməyə   yaxındır
03 fevral 2026 13:46 (UTC +04:00)

Ronaldo Səudiyyə Ərəbistanından getməyə yaxındır

0

Portuqaliya millisinin və "Əl-Nəsr"in 40 yaşlı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk etməyə yaxındır. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onun sərbəst qalma məbləği 50 milyon avrodur. O, karyerasını MLS-də və ya Portuqaliyada davam etdirə bilər.

Ronaldo "Əl-Nəsr"in transfer siyasətindən narazıdır.

Portuqaliyalı futbolçu fransız hücumçu Kərim Benzemanın "Əl-İttihad"dan "Əl-Hilala" keçidinə qarşı çıxıb. "Əl-Nəsr", "Əl-İttihad", "Əl-Hilal" və "Əl-Əhli" Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fonduna məxsusdur.

Ronaldo hesab edir ki, fond "Əl-Nəsr"in titul qazanmasının qarşısını almaq istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar