Qurban Qurbanov "Nyukasl"la oyun ərəfəsi  gileyləndi
17 fevral 2026 17:13 (UTC +04:00)

Qurban Qurbanov "Nyukasl"la oyun ərəfəsi gileyləndi

0

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Nyukasl”la qarşılaşacaq.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib.

O bildirib ki, bu, çox vacib oyundur: “Bu, Azərbaycan futbol tarixində bir ilkdir. Həm də “Nyukasl” kimi köklü kluba qarşı oynamaq. Futbolçularımın hazırlığına baxıram. Çox məsuliyyətli davranırlar, həyəcanlıdırlar. Bu, bizə inam verdi ki, futbolçular oyunu səbirsizliklə gözləyir. Hamısı sabah ən yaxşı oyunlarını oynamağı düşünürlər.

Rəqibi izləmişik. Bizə uyğun olmayan futbol tərzləri var. Premyer Liqada heç bir komanda onlara qarşı oynamaq istəmir. Azarkeşlərin önündə ağıllı, cəsarətli oyun oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. Həm fiziki, həm də sürətli futbol oynayırlar. Futbolçularımız özlərini ən yaxşı tərəfdən göstərəcəklər”.

Qurban Qurbanov hazırlaşmağa vaxtlarının az olduğunu vurğulayıb.

"Qarabağ" - "Nyukasl" görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar