Qadın futbolçu meydana alt paltarında gəldi - VİDEO
23 dekabr 2023 09:24 (UTC +04:00)

Qadın futbolçu meydana alt paltarında gəldi - VİDEO

Bu yaxınlarda “Nürnberq” və “Bayern” qadın komandaları üz-üzə gəlib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ikinci hissənin ortalarında Münhen klubu əvəzləmə etməli olub - meydana Culiya Qvinn daxil olmalı idi.

Hazırlıq prosesində onun yoxluğu təəccüb doğurub. Məlum olub ki, alman qadın oyun şortu geyinməyi unudub. Belə ki, şalvarını soyunmaq istəyəndə şortik geyinmədiyini və alt paltarında olduğunu görüb. Buna görə də, Culiya vəziyyəti düzəltmək üçün paltardəyişmə otağına qaçarkən dəyişdirmə bir müddət təxirə salınıb.

Qvinn 62-ci dəqiqədə meydana 1:0 hesabı ilə “Bavariya”nın xeyrinə çıxıb. Lakin on dəqiqə sonra “Nürnberq” çevrilmiş penalti sayəsində geri çəkilib.

Bu xal itkisinə görə “Bavariya” Almaniya çempionatının zirvəsinə qayıda bilməyib. Münhen komandası lider “Volfsburq”dan 1 xal geri qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4644
avatar

Oxşar yazılar