PSJ ardıcıl ikinci il Çempionlar Liqasının qalibi oldu. Luis Enrikenin komandası finalda Arsenal komandasını məğlub edib (1:1, penaltilərdə 4:3).
Lent.az-ın xəbərinə görə, Paris klubu Kilian Mbappenin 2024-cü ildə “Real”a getməsindən bəri hər iki mövsümdə yarışın qalibi olub.
Çempionlar Liqasından əlavə, PSJ Mbappe olmadan iki mövsümdə iki dəfə Liqa 1-i, Fransa Super Kubokunu, bir Fransa Kubokunu və Qitələrarası Kuboku qazanıb.

“Real” 2024-cü ilin yayında Mbappe ilə müqavilə imzaladıqdan bəri iki mövsümdür ki, böyük kubok qazana bilməyib. Keçən mövsüm onlar UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıblar.
Son iki Çempionlar Liqası mövsümündə onlar dörddəbir final mərhələsində mübarizəni dayandırıblar.