Belçikalı model Vircini Filippo FIA (Beynəlxalq Avtomobil Federasiyası) prezidenti postu uğrunda mübarizəyə qoşulub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 33 yaşlı gözəl "Miss Belgium 2012" və "Miss International 2017" müsabiqələrində iştirak etməklə tanınır. O, həmçinin Konqo Demokratik Respublikasında kimsəsiz uşaqlara kömək edən və təhsili dəstəkləyən Drive For Hope assosiasiyasını təsis edib.
Vircini prezidentliyə yeganə qadın namizəd deyil: keçmiş yarış pilotu Laura Villars bu vəzifəyə namizədliyini irəli sürmək niyyətini daha əvvəl bəyan edib.
28 yaşlı idmançı karyerasına 2023-cü ildə “Formula -4”də başlayıb. 2025-ci ildə Ligier Avro çempionatının yeddi yarışında iştirak edib.
Gözəllərlə yarışan keçmiş stüard Tim Meyer və hazırkı FİA prezidenti Məhəmməd bin Sulayemdir.