2025-ci ildə ən çox qazanan  idmançılar - REYTİNQ
17 yanvar 2026 10:31 (UTC +04:00)

2025-ci ildə ən çox qazanan idmançılar - REYTİNQ

0

2025-ci ilin ən yüksək gəlir əldə edən idmançısı “Əl-Nəsr” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldodur. Göstərilən dövr ərzində 40 yaşlı hücumçu sərvətini 260 milyon dollar artırıb. Portuqaliyalı futbolçu artıq üçüncü ildir ardıcıl olaraq 200 milyon dollardan çox gəlir əldə edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, reytinqin ikinci pilləsində il ərzində 137 milyon dollar qazanan meksikalı boksçu Saul Alvares qərarlaşıb. Üçüncü yeri 130 milyon dollar gəlirlə argentinalı futbolçu Lionel Messi tutub. Siyahının dördüncü və beşinci sıralarında isə müvafiq olaraq 129,2 milyon dollar qazanan beysbolçu Xuan Soto və 128,7 milyon dollar gəlir əldə edən basketbolçu Lebron Ceyms yer alıb.

2025-ci ilin noyabrında jurnalist Pirs Morqana verdiyi müsahibədə Ronaldonun bildirdiyinə görə, onun həyatında ən bahalı alış təxminən 13 il əvvəl aldığı təyyarə olub.

Ronaldo “Qızıl top” mükafatının beşqat sahibidir. O, Çempionlar Liqasında beş dəfə qalib olub, həmçinin İngiltərə, İspaniya və İtaliya çempionatlarında çempionluq titulları qazanıb. Portuqaliya millisinin heyətində isə 2016-cı il Avropa çempionatının qalibi olub, Avropa çempionatında gümüş və bürünc mükafatçısı adını qazanıb, eləcə də 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar