“Şəfa” stadionunda 2011-ci ilədək beynəlxalq oyun keçirilməyəcək
Meydançanın ot örtüyü yenidən dəyişdiriləcək
“Şəfa” stadionunun əsas meydançasının süni örtüyü yenidən dəyişdiriləcək. Bu haqda Lent.az-a stadionu icarəyə götürən “İnter” Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, hazırda stadionda aparılan tikinti işləri başa çatdıqdan sonra süni örtüyün yenisi ilə əvəzlənməsi nəzərdə tutulub.
Lakin yeni örtük də süni olacaq: “Biz 2007-ci ildə süni örtük quraşdırarkən, meydançanın lisenziyalaşdırılması məsələsində bir qədər gecikdik. Hazırda meydança ətrafında çox ciddi tikinti gedir. Lisenziyalaşdırma komissiyasının müfəttişləri stadionumuzda olaraq, yoxlama aparıblar. Onlar tikinti başa çatdırıldıqdan sonra süni ot örtüyünü yenidən dəyişməyi məsləhət görüblər. İlin sonunadək tikintinin başa çatdırılması nəzərdə tutulub. Bundan sonra meydançanın ot örtüyünü təcili dəyişəcəyik. Daha müasir ot örtüyü quraşdıracağıq”.
Daha sonra meydançanı lisenziyalaşdırma prosedurundan qısa müddətdə keçirməyi nəzərdə tutduqlarını deyən Nikolov bu arenada yalnız 2011-ci ildən sonra beynəlxalq oyunların keçirilməsinin mümkünlüyünü açıqlayıb: “Hazırkı mərhələdə isə bu, real deyil”.
Klub prezidenti yeni süni örtüyün FİFA-nın tələblərinə tam cavab verəcəyini açıqlayıb. Onun sözlərinə görə, artıq aparıcı firmalardan konkret təkliflər də var: “Onlar FİFA-nın tələblərinə tam cavab verən ən müasir meydança təklif ediblər. Amma meydançanı saldıqdan sonra ona lisenziya almaq lazımdır. Hazırda stadionda aparılan tikinti işləri son iki ildə meydançadakı vəziyyətə çox güclü təsir edib. Ona görə də məhz indiki meydançamızla FİFA-dan beynəlxalq razılıq almaq çox çətindir”.
Qeyd edək ki, “Şəfa” stadionu tikilərkən, meydançaya təbii ot örtüyü salınıb. Həmin vaxt bu meydançada beynəlxalq oyunların keçirilməsində heç bir problem yox idi. Lakin stadion 2007-ci ildə AFFA-nın keçmiş rəhbərliyi tərəfindən “İnter”ə icarəyə verildikdən sonra klub rəsmiləri meydançaya süni örtük salıblar. Məhz buna görə arenada beynəlxalq oyunların keçirilməsinə icazə verilmir. Georgi Nikolov isə meydançaya daha müasir süni örtük saldıqdan sonra beynəlxalq oyunların keçirilməsinə icazə alacaqlarını düşünür.
Elşən Məmmədov

868