Unibank Premyer Liqası dünyanın 100 ən güclü çempionatları siyahısında
05 yanvar 2010 10:00 (UTC +04:00)

Unibank Premyer Liqası dünyanın 100 ən güclü çempionatları siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ildə dünyanın 100 ən güclü ölkə çempionatlarının siyahısını açıqlayıb.


Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Unibank Premyer Liqası 2008-ci illə müqayisədə bu siyahıya düşməyi bacarıb.

209 xalla 97-ci olan milli çempionatımız Nikaraqua, Oman, Bosniya və Herseqovina birinciliklərini geridə qoyub. Siyahıda keçmiş SSRİ respublikalarından Ukrayna 746,5 xalla 9-cu, Rusiya 525 xalla 20-ci, Özbəkistan 403,5 xalla 33-cü, Estoniya 364 xalla 39-cu, Gürcüstan 358 xalla 40-cı, Moldova 345 xalla 44-cü, Belarus 336 xalla 49-cu, Latviya 328 xalla 51-ci, Litva 283,5 xalla 69-cu, Ermənistan 264 xalla 75-cidir.


İngiltərə Premyer Liqası 1187 xalla 1-ci, İspaniya Primerası 1077 xalla 2-ci, Almaniya Bundesliqası isə 1031 xalla 3-cü pillədə qərarlaşıb. İlk 10-luqda sonrakı yerləri Braziliya (941), İtaliya (920), Fransa (899), Argentina (838), Hollandiya (799), Ukrayna (746,5) və Türkiyə (691,5) tutur.
# 674

Oxşar yazılar