Zaqatalada QƏZA:  Yük maşını ilə minik avtomobili toqquşdu
03 aprel 2024 10:45 (UTC +04:00)

Zaqatalada QƏZA: Yük maşını ilə minik avtomobili toqquşdu

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub.

Lent.az-ın məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Yeni Suvagil kənd ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan, Qasım İsgəndərovun idarə etdiyi "Chevrolet" markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, Zaqatala şəhər sakini, 1961-ci il təvəllüdlü Qasım Rəcəb oğlu İsgəndərov Zaqatala xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala araşdırma aparılır.

# 14550
avatar

Oxşar yazılar