Texas ştatında hamiləliyindən xəbərsiz olan yeniyetmə qız qəfildən uşaq dünyaya gətirib və onu tibbi ləvazimatlar mağazasının işçilərinə təhvil verib.
Lent.az xarici mediyaya istinadən bildirir ki, polisin məlumatına görə, qız sonra körpəsi ilə xəstəxanaya aparılıb, vəziyyətləri yaxşıdır.
Valideynlərə qarşı hər hansı ittihamın irəli sürülüb-sürülməyəcəyi isə bəlli deyil.