Yağış sularını təmizləyən müdiri "TOK"  VURUB ÖLDÜRDÜ - YENİLƏNİB
17 aprel 2025 10:20 (UTC +04:00)

Yağış sularını təmizləyən müdiri "TOK" VURUB ÖLDÜRDÜ - YENİLƏNİB

Sabirabadda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev müdir işlədiyi “AzOil” yanacaqdoldurma məntəqəsində quyuya dolan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

***

saat 18:17

Sabirabadda kişini elektrik cəryanı vurub.

Lent.az xəbər verir ki, hadisə bu gün Qaragüney kəndində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Həmin məntəqənin işçisi Hacıqabul rayonunun Qarasu kənd sakini, 34 yaşlı Qarayev Yusif Barat oğlunu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

Əlibəy Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2920

Oxşar yazılar