Xırdalanda ŞOK:  13-cü mərtəbədən yıxılan oğlan SAĞ QALDI
26 fevral 2026 10:30 (UTC +04:00)

Xırdalanda ŞOK: 13-cü mərtəbədən yıxılan oğlan SAĞ QALDI

0

Abşeronda dəhşətli hadisə yaşanıb. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə gecə saat 02 radələrində Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksində qeydə alınıb.

Orada yaşayan, 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı binanın 13-cü mərtəbəsindən yıxılıb. Xoşbəxtlikdən oğlan sağ qalıb.

Dərhal xəstəxanaya yerləşdirilən N.Vəliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar