Yol qəzasında 5 nəfər xəsarət aldı - SİYAHI - FOTO
15 iyul 2019 00:21 (UTC +04:00)

Yol qəzasında 5 nəfər xəsarət aldı - SİYAHI - FOTO

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 21:30 radələrində Zaqatala-Qax avtomobil yolunda rayonun Muxax kəndi ərazisindən
keçən hissəsində baş verib. 
 
Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olan, Lənkəran rayon sakini idarəetdiyi “Mitsubishi Pajero” markalı 90 SG 306 dövlət nömrə nişanlı minik avtomobili ilə Muxax kəndindən baş yola çıxan Zaqatala rayon sakini Zöhrab İsmayılovun idarəetdiyi “Hyundai” markalı 62 BG 565 dövlət nömrə nişanlı minik avtomobil il’ toqquşub.
 
Qəza zamanı “Hyundai” markalı avtomobildə olan Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinləri 2008-ci il təvəllüdlü Emin Rəşad oğlu Əlicanov, 2009-cu il təvəllüdlü Elman Rəşad oğlu Əlicanov, 2005-ci il təvəllüdlü Salman İstanbul oğlu Mirzəyev, sürücünün oğlu 2001-ci il təvəllüdlü İnam Zöhrab oğlu İsmayılov və “Mitsubishi Pajero” markalı avtomobildə olan sərnişin, Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü Elvin Yasir oğlu Əzimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Tibb müəssisəsindən APA-ya bildirilib ki, hazırda yaralıların xəsarət dərəcəsinin dəqiqləşdirilməsi üçün müayinələr aparılır.
 
Fakt polis tərəfindən araşdırılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar