
Yol qəzasında 5 nəfər xəsarət aldı
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Muğanlı-İsmayıllı yolunda qeydə alınıb. "VAZ-21011" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ-21011" markalı avtomobildə olan 5 nəfər Şəki sakinləri - 1959-cu il təvəllüdlü Qədirova Sürəyya Sarvan qızı, 1991-ci il təvəllüdlü Vahabova Aygün Hüseyn qızı, 1984-cü il təvəllüdlü Babayev İbrahim Tahir oğlu, 2015-ci il təvəllüdlü Vahabova Səyyarə İbrahim qızı və İsmayıllı sakini, 1984-cü il təvəllüdlü Həsənova Samirə Azər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar yazılar

Naxçıvanda 34 yaşlı kişi qətlə yetirilib, onu öldürməkdə əmisi şübhəli bilinir
13 iyul 2025 , 13:21
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28