Vəzifəli şəxsin adam öldürən qardaşı oğluna AĞIR CƏZA
18 may 2018 16:09 (UTC +04:00)

Vəzifəli şəxsin adam öldürən qardaşı oğluna AĞIR CƏZA

Dostunu bıçaqlayıb, daha sonra  boğub öldürməkdə təqsirləndirilən vəzifəli şəxsin qardaşə oğlu Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında Amal Zülfiqarovun 20 il müddətinə azadlıqdam məhrum edilməsini tələb edib. 

 

Təqsirləndirilən şəxsin vəkili çıxış edərək müvəkkili barəsində yüngül cəza verilməsini istəyib.

 

Amal Zülfiqarov son sözündə peşman olduğunu deyib: "Elədiyi şeyin qarşılığını gərək başqa cür verərdim. Mən bu cür elədim. Bundan peşmanam. Mənə verilən ittihamlar çox ağır idi. Çünki həmin vaxtı mən özümdə olmamışam".

 

Hakimlər kollegiyasının hökmünə əsasən Amal Zülfiqarov 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki,  qətl ötən il Avqustun 15-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindəki kafelərdən birində qəsəbə sakini Amal Zülfüqarov münaqişə zəminində həmyerlisi Qismət Məmmədliyə və digər 2 nəfərə bıçaqla xəsarət yetirib. Q.Məmmədli aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.

 

Xatırladaq ki, Amal Zülfüqarov ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

6 iyul 2025 , 22:44
Ucarda qəza-Xəsarət alanlar var  -FOTO

Ucarda qəza-Xəsarət alanlar var -FOTO

6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO

Şərurun kəndlərinə sel gəldi-VİDEO

6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var   - YENİLƏNİB

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB

6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı

Laçında yük maşını dərəyə aşdı

6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

6 iyul 2025 , 08:54