
Taksi sürücüsü qadın sərnişinin üstünə bıçaq çəkdi - FOTOLAR
Bakıda qadına bıçaqla hücum edib pulunu soyan şəxslər hadisə yerindən qaçsalar da, polisdən qaça bilmədilər.
Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, Suraxanı rayonu Hövsan qəsəbəsində qadına hücum edərək onun pulunu ələ keçirən şəxslər saxlanılıb. Belə ki, Bakı şəhər sakini Leyla Kazımova metronun “Əhmədli” stansiyasının yaxınlığında müştəri kimi əyləşdiyi “Mercedes” markalı avtomobilin sürücüsündən onu Hövsan qəsəbəsinə aparmağı xahiş edib. Deyilən ünvana çatdıqda sürücü və maşında olan daha bir nəfər qadına bıçaqla hədə-qorxu gələrək 30 manat pulunu ələ keçiriblər.
Zərərçəkən şəxs bu barədə Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə məlumat verəndən sonra dərhal həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Araz Qurbanov və Ehtibar Həsrətov tutulublar.
Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.
Oxşar yazılar

Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17