Söyüş üstündə qonşusunu öldürən şəxs MƏHKƏMƏDƏ
24 iyun 2016 11:07 (UTC +04:00)

Söyüş üstündə qonşusunu öldürən şəxs MƏHKƏMƏDƏ

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

 

Zərərçəkən şəxsin nümayəndəsi cinayət işinin geri qaytarılmasını istəyib. O bildirib ki, cinayət xuliqanlıq niyyəti ilə törədilib və verilən ittiham ağırlaşdırılmalıdır.

 

Hakimlər müşavirəyə gedib. Vəsatət təmin edilməyib.  Məhkəmə baxışı iyunun 1-ə təyin edilib.

 

 

Qeyd edək ki, keçən il dekabrında Binəqədi rayonu ərazisində iki qonşunun mübahisəsi qətllə nəticələnib. Hadisə Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsindəki 31 saylı binanın qarşısında qeydə alınıb.

 

Həmin binada yaşayan 32 yaşlı Bağırov Kamran Vahid oğlu məhəllədə dayanaraq, qonşuluqda yaşayan digər gənclərlə söhbət edirmiş. Onun sözlərinə görə, bu vaxt 29 yaşlı Rüstəmov Cümşüd Əsəddulla oğlu da onlara yaxınlaşıb: “Allah rəhmət eləsin, Cümşüd toydan gəlirdi. İçkili idi. Salamlaşdıq. Sonra nə üstündəsə mübahisə düşdü. Başladı söyüş söyməyə. Bir neçə dəfə xəbərdarlıq etdim ki, söyməsin. Amma söyüşlərini davam etdirdi. Mən də bıçaqladım”.

 

 

Kamran Bağırov Cümşüdü bıçaqladıqdan sonra könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 66
avatar

Səlcuq Elçin

Oxşar yazılar