
Şirvan Milli Parkında ceyran ovlayanlar saxlanıldı - FOTO
Şirvan Milli Parkının ərazisinə daxil olaraq ceyran ovlayan 3 nəfər şəxs parkın mühafizə işçiləri tərəfindən saxlanılıb.
Şirvan Milli Parkının direktoru Arzu Mustafayev APA-ya bildirib ki, parkın cənub hissəsində bir baş ceyranın brakonyerlər tərəfindən ovlanması ilə bağlı daxil olan operativ məlumat əsasında milli park əməkdaşlarından ibarət qruplar qanun pozucularının izinə düşüb. Təqibdən yayınmaq məqsədilə özlərini ərazidəki cənub kollektoruna atan brakonyerlər üzərək parkın digər hissəsinə keçib. Lakin onlar, xidməti vəzifələrini yerinə yetirən milli parkın çevik qrupuna müqavimət göstərməyə çalışsalar da yaxalanıb və brakonyerlərin hər üçünün şəxsiyyəti müəyyən edilib. Araşdırma zamanı brakonyerlərin Həsənov Natiq Namik oğlu, Məhəmmədzadə İsmət Fikrət oğlu, Əsədov Rəşad Sücəddin oğlu olduğu məlum olub.
Zəruri ilkin sənədləşmə işləri aparılaraq, barələrində lazımi hüquqi hərəkətlərin görülməsi məqsədilə brakonyerlər Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
Oxşar yazılar

Velosipeddən yıxılan 12 yaşlı uşaq komaya düşdü
8 may 2025 , 23:31
Marketdə çalışan qadın iş yerində öldü
8 may 2025 , 22:40
Məhkəmədə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
8 may 2025 , 21:32
Ağsuda iki nəfər pomidordan zəhərləndi
8 may 2025 , 19:21
Həbsdəki sayt rəhbərinə hökm oxundu
8 may 2025 , 17:36
DTX və DSX-dan BİRGƏ ƏMƏLİYYAT
8 may 2025 , 17:34
"Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına stop qoyulsun - MƏHKƏMƏ
8 may 2025 , 16:16