
Silahını tapan şəxsi mükafatlandıracaq - FOTO
Mingəçevir sakini ehtiyatsızlıq ucbatından qoşa lülə ov tüfəngini itirib.
ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə İsmət Qayıbov küçəsi ilə Dilarə Əliyeva küçələrinin kəsişmə hissəsində baş verib.
Ehtiyatsızlıq və unutqanlıq nəticəsində 1959-cu il təvəllüdlü şəhər sakini Təhməz Balaca oğlu Balacayev İJ-27 ( alt-üst qoşa lülə) markalı ov tüfəngini və 24 patronluq (patrondaş) qatarını itirib.
Təhməz Balacayev ONA-nın yerli bürosuna verdiyi məlumatda silah və sursatın özünə məxsus “VAZ 21 07” markalı avtomobilin üstündən yoxa çıxdığını bildirib:
Tüfəngi patron qatarı ilə birgə qabında avtomobilin üzərinə qoymuşdum. Bir anlıq qaraja daxil olub yenidən sükan arxasına əyləşdim və yola düşdüm. Silahın maşının üstündə qaldığını xatırlayanda artıq gec idi. Dərhal şəhər Polis şöbəsinə baş vermiş hadisə ilə bağlı müraciət etdim”.
Tüfəngin sahibi silahı tapan şəxsi mükafatlandırmaq niyyətindədir. Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54