Rusiyada azərbaycanlı biznesmenin bazası yandırıldı - AVTORİTETLƏRİN SAVAŞI
25 may 2016 10:32 (UTC +04:00)

Rusiyada azərbaycanlı biznesmenin bazası yandırıldı - AVTORİTETLƏRİN SAVAŞI

 

Rusiyanın Yekaterinburq şəhərində 4 saylı meyvə-tərəvəz bazası yandırılıb. Lent.az-ın məlumatına görə, bu gün səhər 9 radələrində bazanın ərazisinə xüsusi təyinatlılar və çox sayda polis qüvvələri yeridilib. Məlumata görə, bazanın əsas icarədarlarından olan Azər Piriyev hadisə yerindən qaçıb.

 

İlkin ehtimallara görə, 4 saylı baza qəsdən yandırılıb. Mənbənin dediyinə görə, hadisəylə bağlı  70-dən çox şəxs saxlanılıb. Hazırda onlar şəhər polis idarəsindədirlər.

 

Xatırladaq ki, adıgedən baza Ural regionunun ən böyük meyvə-tərəvəz bazası sayılır. Bu baza ətrafında ətrafında isə illərdir qalmaqal səngimək bilmir. Ona sahib olmaq üçün qanuni oğru Rövşən Lənkəranskidən tutmuş yerli diaspora lideri Şahin Şıxlinskiyə qədər bir çox nüfuzlu şəxslər mübarizə aparır.

 

Bazarı ələ keçirmək istəyənlər arasında Ded Xasan tərəfdarları olan kürd klanının da adı çəkilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar