Rusiya səfirliyi qarşısına xüsusi təyinatlılar yeridildi - MƏŞQ
04 iyun 2016 11:22 (UTC +04:00)

Rusiya səfirliyi qarşısına xüsusi təyinatlılar yeridildi - MƏŞQ

Bu gün səhər saatlarında Rusiyanın Bakıdakı səfirliyinin qarşısına xüsusi təyinatlı polislər və Daxili Qoşunların qüvvələri yeridilib.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, xüsusi təyinatlıların ərazidə əməliyyat keçirdiyi müşahidə olunub.

 

Ərazidə xidmət aparan polis əməkdaşları heç bir açıqlama verməyiblər. Nəsimi Rayon Polis İdarəsindənAPA-ya sözügedən əraziyə xüsusi təyinatlıların çıxarıldığı təsdiqlənsə də, ətraflı məlumat verilməyib.

 

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu gün səhər saat 08.00 radələrində Bakı şəhərində daxili işlər orqanlarının əməkdaşları Rusiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin ərazisində əvvəlcədən planlaşdırılmış növbəti xüsusi-taktiki təlim məşqi keçiriblər. E. Zahidov qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bütün səfirlik və diplomatik nümayəndəliklərin daha etibarlı mühafizəsini təmin etmək və gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının operativ şəkildə almaq məqsədilə keçirilən təlim məşqi səfirliyin nümayəndələri də izləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

APA Baycan

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28