Rus qubernator Yekaterinburqda yallı getdi - FOTO
04 sentyabr 2017 17:22 (UTC +04:00)

Rus qubernator Yekaterinburqda yallı getdi - FOTO

Rusiyanın  Sverdlovsk vilayətinin mərkəzi şəhəri Yekaterinburqda Ural Xalqları Günü keçirilib. Lent.az-ın məlumatına görə, şəhərin mərkəzi "Taqanskaya sloboda" parkında keçirilən tədbirdə "Azərbaycan güşəsi" hamının diqqətini çəkib. Vilayət qubernatoru Yevgeni Kuyvaşev, Yekaterinburq administrasiyasının sədri Aleksandr Yakob, Rusiya Federasiyasının üzvü Arkadi Çernetsik, insan hüquqları müvəkkili Tatyana Merzlyakova, nazirlər, yerli Duma üzvləri Azərbaycan güşəsini ziyarət edərək təbriklərini çatdırıblar.

Vilayətdə fəaliyyət göstərən "Azərbaycan" cəmiyyəti tədbirə Bakının simvolu olan "Qız Qalası"nın maketini quraşdırıblar.  Qala divarları Azərbaycan xalçaları ilə bəzədilmiş, tamaşaçılarda şok ovqat yaratmışdı.

Qonaqlara Azərbaycan mətbəxinin az qala bütün nemətləri göstərilib. Meyvə və tərəvəzlər, şirniyyat, şirələr, şərab, hətta su belə həmin gün xüsusi reyslə Bakıdan Yekaterinburqa gətirilib. Qonaqlar mətbəximizi dolma, sac, çığırtma, ləvəngi, qutab, küftə kimi təamları təqdim edilib. Sonda süfrəyə gətirilən şah-plov isə ləzzətinə görə hamını heyrətləndirib.

Sverdlovsk şəhər qubernatoru Kuyvaşov Azərbaycan süfrəsindən dadandan sonra etiraf edib ki, mətbəximiz dünyanın ən dadlı mətbəxlərindəndir.

Daha sonra Azərbaycan melodiyaları səslənib. Qubernator şəxsən özü də tədbir iştirakçılarına qoşularaq yallı rəqs edib.

AMOR-un yerlli fəallarından olan Elvira Ysubova çıxış edərək tədbir təşkilatçılarına, xüsusi ilə diaspora sədri Şahin Şıxlinskiyə öz təşəkkürünü bildirib.

"Azərbaycan" cəmiyyətin sədri Şahin Şıxlinski də öz növbəsində çıxış edərək Azərbaycan diasporu adından qubernator Yevgeni  Kuyvaşevə Azərbaycan güşəsində fəal iştirak etdiyinə görə, öz minnətdarlığını bildirib.

O, daha sonra vilayətdə yaşayan azərbaycanlıları sentyabrın 10-da keçiriləcək qubernator seçkilərində Kuyvaşevə səs verməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar