Qəbiristanlıqda xeyli baş daşını sındırdılar <span style="color:red;">- AZƏRBAYCANDA
13 aprel 2016 19:03 (UTC +04:00)

Qəbiristanlıqda xeyli baş daşını sındırdılar - AZƏRBAYCANDA

Astara rayonunun Şiyəkəran kənd qəbiristanlığında 20-dək qəbirin başdaşı sındırılaraq yararsız vəziyyətə salınıb.

 

Bu barədə APA-nın cənub bürosuna kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, hadisə gecə saatlarında törədilib. Sakinlər gündüz qəbiristanlığa daxil olarkən dəhşətli mənzərənin şahidi olublar. Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib. Kəndə gələn polis əməkdaşları ilkin araşdırmalardan sonra iki nəfər yerli sakini şübhəli şəxs qismində saxlayıblar.

 

Hazırda Astara Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar