Bu gün Qazax rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobili toqquşub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Səfərov Elvin Elçin oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 10:35-də başa çatıb.