Qayınanasını öldürən şəxslə bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT
28 dekabr 2016 11:59 (UTC +04:00)

Qayınanasını öldürən şəxslə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Xəzər rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 27-də Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Vərəm Dispanserində Ağcabədi rayon sakini Elçin Hüseynov münaqişə zəminində orada tibb bacısı işləyən keçmiş qayınanası Fərqanə Mürsəlovaya bıçaqla xəsarət yetirib. F.Mürsəlova hadisə yerində ölüb.

 

E.Hüseynov könüllü Nərimanov RPİ-yə gələrək istintaqa təslim olub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar