Özünü Nilufər kimi təqdim etdi: 100 min dollar aldı-qaçdı <span style="color:red;">MƏHKƏMƏ
23 oktyabr 2014 12:02 (UTC +04:00)

Özünü Nilufər kimi təqdim etdi: 100 min dollar aldı-qaçdı MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Simuzər İbrahimovanın cinayət işi bağlı məhkəmə prosesinin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən proses oktyabrın 30-da baş tutacaq.

Qeyd edək ki, hadisə bu il mayın 19-da Nəsimi rayonunda baş verib. 2012-ci ilin sentyabrda özünü Nilufər kimi təqdim edən qadın Bakı şəhər sakini Nurəngiz Hüseyzadənin etibarından sui istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dollar alıb qaytarmayıb.

Nəsimi Rayon polis əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova (Nilufər) tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271
avatar

Səlcuq Elçin

Oxşar yazılar