Ötən ay 492 nəfəri heyvan dişləyib - BAKIDA
24 iyun 2014 11:13 (UTC +04:00)

Ötən ay 492 nəfəri heyvan dişləyib - BAKIDA

May ayında Bakıda 492 nəfəri müxtəlif heyvanlar dişləyib. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva söyləyib.

 

O qeyd edib ki, ötən il 369 nəfəri it,  29 nəfəri siçovul, 17 nəfəri başqa heyvanlar (eşşək, meymun, çaqqal, tülkü, at və s.) dişləyib.  “Keçən ilin analoji dövründə 517 heyvan dişləməsi qeydə alınıb. Yəni bu cür faktlar ötən ilin may ayı ilə müqayisədə azdır”.

 

E. Əliyeva onu da vurğulayıb ki, ən çox heyvan dişləmələri ilə paytaxtın Sabunçu, Suraxanı, Binəqədi və Xəzər rayonlarından müraciət edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar